İdman

gimnastikadan

başlayır

Qrup hərəkətləri komandamız Buxarestdə ikinci olub

18 may 2026

Qrup hərəkətləri komandamız Buxarestdə ikinci olub
Rumıniyanın Buxarest şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq yarışda qrup hərəkətləri komandamız ikinci yerə layiq görülüb.

Sofiya Məmmədova, Şəms Müvəffəqi, İlahə Bahadırova, Zəhra Cəfərova, İlona Zeynalova və Alina Məmmədovadan ibarət komanda çoxnövçülük proqramında çıxış edərək gümüş medal qazanıb.
 

Gimnastlarımızı təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq!