İdman

gimnastikadan

başlayır

Qrupumuz Dünya Çempionatının finalında

29 oktyabr 2021

Qrupumuz Dünya Çempionatının finalında

Bu gün Yaponiyanın Kitakyuşu şəhərində keçirilmiş Dünya Çempionatı çərçivəsində qrup hərəkətləri komandalarının təsnifat yarışları keçirilib.

Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Luzan Yelizaveta və Güllü Ağalarzadədən ibarət qrupumuz hər iki çıxış proqramı üzrə final mərhələsinə adlamağı bacarıblar.

Təsnifatda 5 topla çıxışlarına görə qızlarımız 6-cı, 3 halqa və 2 cüt gürzlərlə nümayiş etdirdikləri kompozisiyalarına görə isə 8-ci yerdə qərarlaşaraq finalı təmin ediblər.

Qrup komandamız çoxnövçülükdə (iki çıxış proqram üzrə) 6-cı olub.

Qızlarımızın alətlər üzrə final çıxışları 31 oktyabr tarixində baş tutacaq.

Qey edək ki, 27 oktyabrda başlamış yarışda fərdi gimnastlarımız Zöhrə Ağamirova, Arzu Cəlilova və Nərmin Bayramova da iştirak edib.

Qrupumuza finalda uğurlar arzulayırıq!