İdman

gimnastikadan

başlayır

İzmirdə keçirilən bədii gimnastika üzrə Dünya Çempionatı: dördüncü günün nəticələri

26 sentyabr 2014

İzmirdə keçirilən bədii gimnastika üzrə Dünya Çempionatı: dördüncü günün nəticələri

 

Dünən, Türkiyənin İzmir şəhərində bədii gimnastika üzrə Dünya Çempionatının təsnifat mərhələsinin 4-cü günü yekunlaşıb. Bu idman növü üzrə ən mühüm yarışların birində, dünya üzrə gimnastlar mükafatlar uğrunda mübarizə aparırdılar.


Bu yarışda Azərbaycanı təmsil edən Marina Durunda və Gülsüm Şəfizadə lent ilə çıxış etdilər.


Durunda hakimlərdən 16.625 xal alaraq 9-cu, Şəfizadə isə 15.483 xal alaraq 28-ci yerdə qərarlaşdılar. Ötən gün Marina Durunda yaxşı nəticə göstərərək, 17.466 xalla gürzlərlə finala çıxmağa müvəffəq oldu və 6-cı yerdə qərarlaşdı.


Artıq bu gün fərdi gimnastlar arasında keçiriləcək çoxnövçülük üzrə finalda, Azərbaycanı Marina Durunda təmsil edəcək. Sabah isə Azərbaycanın qrup hərəkətləri komandası (Avropa Çempionatının gümüş mükafatçıları) iki günlük çıxışlara başlayacaqlar.