İdman

gimnastikadan

başlayır

Rumıniyadan medal yağışı

20 may 2021

Rumıniyadan medal yağışı

18 və 19 may tarixlərində Rumıniyanın Buxarest şəhərində bədii gimnastika üzrə “Irina Deleanu Cup” adlı beynəlxalq turnir keçirilib.

Yarışda ölkəmizi Kamilla Seyidzadə, Məryəm Əliyeva, Alina Məmmədova, Gövhər İbrahimova və Aydan Rəhimova təmsil edib.

Qızlarımız bu yarışda uğurla çıxış edərək, komandaya müxtəlif əyarda tam 7 medal qazandırıblar.

2007-ci təvəllüdlü gimnastların yarışında çıxış edən Alina Məmmədova gürzlərlə icra etdiyi kompozisiyasına görə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Alina topla çıxışına görə 3-cü olub. Onun həmyaşıdı Kamilla Seyidzadə topla gümüş, halqa ilə çıxışına görə bürünc medal qazanıb.

2009-cu il təvəllüdlü gimnastlar arasında yarışan gimnastlarımız da mükafatçılar sırasına daxil olub. Məryəm Əliyeva halqa ilə fəxri kürsünün 1-ci, topla çıxışına görə isə 3-cü pilləsində yer alıb. Onunla eyni yaş qrupunda çıxış edən Aydan İbrahimova da halqa ilə bürünc medal əldə qazanıb. Gövhər İbrahimova isə ən yaxşı nəticəsini halqa ilə göstərərək, bu proqram üzrə 6-cı olub.

Gimnastlarımızı təbrik edirik!