09 noyabr 2009
Təl-Əvivdə Avropa Gimnastika İttifaqının (UEG) Konqresi başa çatmışdır. Milli gimnastika federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, Azərbaycanı bu forumda baş katib Fərid Qayıbov təmsil etmişdir. Konqres çərçivəsində bütün UEG rəhbər orqanlarına seçkilər keçirilmişdir. Təşkilatın yeni rəhbəri, bundan əvvəlki altı il ərzində vitse-prezident vəzifəsini tutan fransız Jorj Gelzek olmuşdur. Gelzekə vitse-prezident qismində Malin Eggerts Forsmark (İsveç), Rudi Haydiger (İsveçrə) və Pol Garber (Böyük Britaniya) yardım edəcəklər.Burada həmçinin UEG İcraiyyə Komitəsinin yeni heyəti və Texniki komitələrin səkkiz prezidentinin hər biri yenidən seçilmişdir.