İdman
gimnastikadan
başlayır
17 oktyabr 2026
16 oktyabr tarixində Şəki şəhərində bədii gimnastika üzrə açıq region birinciliyi keçirilib.
Yarışda 2014–2020-ci il təvəllüdlü gimnastlar müxtəlif yaş kateqoriyalarında qüvvələrini sınayıblar. İştirakçılar alətsiz hərəkətlər, halqa, top və gürzlərlə proqramlarda çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər.
2014-cü il təvəllüdlü gimnastlar arasında Zara Sulxayeva və Sədaqət Əliyeva, 2015-ci il təvəllüdlü gimnastlar arasında isə Leyla Həsrətova və Dünya Nəsirova iştirak ediblər.
2016-cı il təvəllüdlü gimnastların mübarizəsində Ümüküs Mirzəyeva 1-ci, Aylin Şirinova 2-ci, Olqa Sulxayeva isə 3-cü yeri tutub.
2017-ci il təvəllüdlü gimnastlar arasında Nazlı İsmayılzadə 1-ci, Zəhra Xəlilova 2-ci, Mələk Abbaslı isə 3-cü yerə layiq görülüb.
2018-ci il təvəllüdlü gimnastlar arasında Elif Nursultanova çıxış edib.
2019-cu il təvəllüdlü gimnastların yarışında Jasmin Məmmədova və Zeynəb Hacıyeva eyni nəticə ilə 1-ci yeri bölüşüblər. Gülnarə Qəniyeva isə növbəti ən yüksək nəticəni göstərib.
2020-ci il təvəllüdlü gimnastlar arasında Ayla Süleymanova 1-ci, Melisa Dəmirova 2-ci, Fərəh Süleymanlı isə 3-cü yeri tutub.
Birincilik qaliblərin və fərqlənən gimnastların mükafatlandırılması ilə yekunlaşıb.
Bölgələrdə bu cür yarışların mütəmadi təşkili gimnastikanın ölkə üzrə inkişafında mühüm rol oynayır. Belə tədbirlər uşaqların erkən yaşlardan idmana cəlb olunmasına, onların yarış təcrübəsinin artırılmasına və istedadlı gimnastların üzə çıxarılmasına geniş imkanlar yaradır. Eyni zamanda, regionlarda gimnastikaya marağın gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və gələcəkdə milli komandaların heyətini formalaşdıra biləcək perspektivli idmançıların yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.