İdman

gimnastikadan

başlayır

Beş qızıl medalın sahibi - Stepko

06 mart 2015

Beş qızıl medalın sahibi - Stepko

Bugün Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə çempionlar bəlli oldu.

Azərbaycan gimnastı Oleq Stepko dörd alətdə - gimnastika atı (14.993), halqalar (14.466), parallel qollar (15.366) və turnik (14,200) ölkə çempionu oldu. Onun hesabında yarışın ilk günü çoxnövçülükdə əldə etdiyi qızıl medal da var.

Digər gimnastımız Petro Paxnyuk ümumi hesaba 3 gümüş medal gətirdi. O, gimnastika atında (14.833), halqalarda (14.200) və parallel qollarda (15.266) ikinci oldu.

Qadın idman gimnastikası üzrə yarışlar, iki qızıl medal qazanan Mariya Smirnova və bir qızıl medalın sahibi Kristina Pravdina üçün yaddaqalan oldu.

Hazırda Arenada aerobika və batut gimnastikası üzrə yarışlar davam edir.