23 mart 2014
Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətindən verilən məlumata əsasən, qrup hərəkətləri komandamız Şvab torpaqlarından Abşeron yarımadasına bürünc medal gətirdi. Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayeva 10 gürzlə həm təsnifat, həm də final mərhələlərində yalnız tanınmış liderlər, Rusiya və İtaliya komandalarına məğlub olaraq, gözəl çıxış nümayiş etdirmişlər.
1 gün öncə çoxnövçülükdə olduğu kimi, proqramın digər növü - 3 top və 2 lentlə çıxışlarında qrup komandamız 4-cü nəticəni göstərdi.
"Lakin, eynilə bütün finallara vəsiqə qazanmış, top və gürzlərlə 5-ci yerdə qərarlaşmış Marina Durunda kimi, qızlarımız qarışıq növdə də fəxri kürsüdə dayanmağa layiq idilər", - deyə bizim tanınmış həmyerlimiz, 1992-ci ilin idman gimnastikası üzrə Olimpiya Çempionu, hazırda isə bu kiçik qərbi alman şəhərciyində yaşayan və alman millisinin məşqçisi Valeri Belenki bildirdi. "Gimnastlarımızın çıxışlarını "Porsche" Arenasının VIP tribunasından izlədim, öz gözlərimlə tamaşaçıların onları coşqu ilə dəstəklədiklərinin şahidi oldum. Əlbətdə bu həmçinin o deməkdir ki, 13-15 iyun tarixlərində keçiriləcək Avropa Çempionatının ev sahiblərini - bizim gimnastları sonuncu Dünya Kuboku mərhələləri və Qran-pri yarışlarında olduğu kimi artıq mükafatçılar sırasında görməyə alışıblar".
2 günlük fasilədən sonra isə idmançılarımızın karvanı Qran-pri və yeniyetmələr arasında beynəlxalq turnirin keçiriləcəyi İsrailə istiqamət alacaq. Holon şəhərində onlara Gülsüm Şəfizadə, Nilufər Niftalıyeva, həmçinin yeniyetmə gimnastlar Jalə Piriyeva və Züleyxa İsmayılova qoşulacaq.