İdman

gimnastikadan

başlayır

Tamblinqçilərin Stavropol səfəri

04 iyul 2021

Tamblinqçilərin Stavropol səfəri

Tamblinqçilərimiz Rusiyanın “Mineralnıye Vodi” şəhərində (Stavropol əyaləti) təşkil edilmiş məşq toplanışında və təlim sonu keçirilmiş yarışda iştirak ediblər.

Məşq toplanışı və yarışda iştirak üçün Rusiyaya tamblinqçilərimiz – Mixail Malkin, Bilal Qurbanov, Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov yollanıb.

23 iyunda başlamış təlim məşq toplantısı 1 iyulda yekunlaşıb. Ardınca tamblinqçilərin “Zvyozdi prijkov” (“Tullanış ulduzları”) adlı yarışı keçirilib. Turnirdə böyüklər arasında yarışan Mixail və gənclər yaş qrupunda çıxış edən Adil və Bilal 2-ci, Aleksey isə 3-cü yerdə qərarlaşıb. Digər gimnastlarımız Hüseyn, Elnur və böyüklər arasında yarışan Tofiq müvafiq olaraq 12, 10 və 8-ci nəticəni göstəriblər.