İdman

gimnastikadan

başlayır

Daşkənd və Anadiya - Azərbaycan gimnastlarının ötən həftəki marşrutu

25 may 2015

Daşkənd və Anadiya - Azərbaycan gimnastlarının ötən həftəki marşrutu

Ev sahibliyi edəcəyimiz 1-ci Avropa  Oyunlarına hazırlaşan gimnastlarımızın yolu ötən həftə Daşkənd və Anadiyadan keçdi.

Özbəkistanın paytaxtında təmsilçilərimiz Ayşən Bayramova və Zeynep Celepin də iştirak etdiyi bədii gimnastika üzrə Dünya Kuboku keçirilib. Ayşən Bayramova gürzlərlə hərəkətlərdə finalın bir addımlığında dayanaraq, 9-cu pillədə qərarlaşdı. Çoxnövçülükdə isə o, 13-cü nəticəni göstərdi. Xatırladaq ki, üç həftə öncə Ayşən karyerasının ilk ən vacib yarışı - Minskdə (Belarus) keçirilən Avropa Çempionatında çoxnövçülükdə 16-cı yerə layiq görülmüşdür.

Azərbaycanın qadın idman gimnastları isə Portuqaliyanın Anadiya şəhərində keçirilən “Challenge” seriyasından olan Dünya Kubokunda mübarizə aparırdılar. İştirakçılarımız arasında ən yaxşı nəticəni Yuliya İnşina və Marina Nekrasova müvafiq olaraq gimnastika tiri və sərbəst hərəkətlərə görə 10-cu yerlərdə qərarlaşaraq göstərdilər.