19 oktyabr 2022
Oktyabrın 14-dən 16-dək Yaponiyanın paytaxtı Tokioda parkur üzrə ilk dünya çempionatı keçirilib. 39 ölkə idmançısının iştirak etdiyi yarışda Azərbaycan yığma komandası da təmsil olunub. Millimizin üzvü İsrafil Əliyev sərbəst üslub və sürət növündə, Mirəli Miriyev isə yalnız sərbəst üslubda qüvvəsini sınayıb.
Qeyd edək ki, 2018-ci ildə FIG-nin Bakıda keçirilən 82-ci Konqresində parkur rəsmi olaraq beynəlxalq qurumun fəaliyyətinə daxil edilib. Həmin vaxt Konqres çərçivəsində ölkəmizdə həmçinin Azərbaycan nümayəndələrinin də iştirak etdiyi təqdimat xarakterli kurslar keçirilib.
2019-cu ildə təmsilçilərimizin Fransanın Monpelye şəhərində keçirilən Dünya kubokunda ilk dəfə təmsil olunması ilə parkur növü AGF-nin tərkibində rəsmi olaraq fəaliyyətə başlayıb.