İdman

gimnastikadan

başlayır

Bakıda aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı start götürüb

27 may 2021

Bakıda aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı start götürüb

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı başlayıb.

Yarışların birinci günündə üçlük proqramında, qadınlar arasında fərdi proqramda və aerostep üzrə təsnifat mərhələsi keçirilib.

Yarış gününün sonunda dünya çempionatının açılış mərasimi də keçirilib.

Mərasim zamanı idmançıların təmsil etdiyi ölkələrin bayraqları zala gətirilib. Azərbaycanın dövlət himni səsləndirilib.

İdmançılar, hakimlər və məşqçilər adından andlar səsləndirilib. İdmançıların adından Akif Kərimli and içib.

Daha sonra "Ürəyin baxışı" adlı rəqs proqramı təqdim edilib. "Ay Laçın" xalq mahnısının sədaları altında icra olunan rəqs kompozisiyasını Pakizə Səmədova, Ülviyyə Qarayeva, Zərifə Babayeva, Elvina Əliyeva, Nəzrin Mustafayeva, Kamran Zeynalov və İsmayıl Musayev təqdim edib.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı Azərbaycan Gimnastika Federasiyasının 2021-ci ildə təşkil etməyi planlaşdırdığı irimiqyaslı yarışlardan biridir.

Yarışda 22 ölkədən 166 idmançı çıxış edəcək.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.