İdman

gimnastikadan

başlayır

35-ci Dünya Çempionatı yekunlaşdı

03 sentyabr 2017

35-ci Dünya Çempionatı yekunlaşdı

30 avqust – 3 sentyabr tarixlərində Pezaro (İtaliya) bədii gimnastika üzrə Dünya Çempionatına ev sahibliyi edib. 53 ölkədən dünyanın ən güclü gimnastlarının toplaşdığı Adriatik Arenada “çempion” titulu uğrunda gedən gərgin mübarizədə Azərbaycan təmsilçiləri də yer alıb. Turnirə ilk olaraq fərdi gimnastların çıxışları ilə start verilib. Bu proqramda ölkəmizi həm fərdi, həm də qrup hərəkətlərinin tərkibində çıxış edən gimnastımız Ayşən Bayramova və Zöhrə Ağamirova təmsil edib. Dörd alətlə öz çıxışlarını nümayiş etdirən Ayşən, çoxnövçülük üzrə yarışlarda 90 gimnast arasında 26-cı yerdə qərar tutub. İlk dəfə Dünya Çempionatı həyəcanını yaşayan gənc gimnastımız Zöhrə isə komanda yoldaşından 1 pillə geri qalaraq, çoxnövçülükdə 27-ci olub.  

Turnirin son iki günü isə qrup hərəkətləri komandalarının çıxışları ilə yadda qalıb.  Siyana Vasileva, Diana Doman, Zeynep Celep, Aleksandra Platonova və Ayşən Bayramovadan ibarət komandamız icra etdikləri hər iki kompozisiyanın ümumi xalına əsasən çoxnövçülükdə 29 komanda arasında 7-ci olublar. Daha sonra qızlarımız ayrı-ayrı finallarda da öz çıxışlarını icra ediblər. Yekun mərhələdə onlar 5 halqa ilə 6-cı, 3 top-2 iplə 7-ci olublar.