16 sentyabr 2019
Sentyabrın 16-da Azərbaycanın paytaxtı Bakı şəhərində bədii gimnastika üzrə 37-ci Dünya Çempionatı start götürüb. Yarışda dünyanın 61 ölkəsindən 300-dən çox gimnast mübarizə aparacaq.
Çempionatın ilk günü idmançılar halqa və top ilə fərdi proqram üzrə təsnifat mərhələsində mübarizə aparıblar. İki Azərbaycan gimnastı - Zöhrə Ağamirova və Veronika Qudis artıq öz çıxışlarının yekunlaşdırıblar. Halqa ilə çıxışlarına görə Zöhrə hakimlərdən 19.000 xal, Veronika isə 16.950 xal alıb.
Xatırladaq ki, hazırkı çempionat bu il Bakıda bu növ üzrə keçirilmiş yeganə yarış deyil. Belə ki, apreldə paytaxtımızda bədii gimnastika üzrə Dünya Kuboku, mayda isə Avropa Çempionatı təşkil edilmişdi.
Qeyd etmək lazımdır ki, Bakıdakı Dünya Çempionatında medallarla yanaşı, həm də gələn il Tokioda keçiriləcək Olimpiya Oyunlarına lisenziyalar qazanılacaq.
Bu yarış ərzində çempionatın qonaqlarını, eləcə də azakeşləri 180 sm boyunda, yumşaq, yaşıl qurbağa "Qur-Qur" əyləndirəcək.