İdman

gimnastikadan

başlayır

Azərbaycan komanda hesabında bürünc medal qazanıb!

23 sentyabr 2010

Azərbaycan komanda hesabında bürünc medal qazanıb!

Azərbaycanın yığma komandası Moskvada keçirilən bədii gimnastika üzrə Dünya Çempionatının dördüncü günü fərdi gimnastların nümayiş etdirdikləri yarışlarda bürünc medal qazanıb.

Yarışın dördüncü gününü azərbaycanlı gimnast Samirə Mustafayeva topla nümayiş etdirdiyi oyunla açıb. Onun ümumi balı 25.2 olub. Dörd oyunun yekununa görə, Mustafayeva 101.25 bal yoplayıb.

Öz rəfiqəsindən sonra çıxış edən Anna Qurbanova həmin oyunla 26.1 bal qazanıb. Onun ümumi balı 104.9 olub.

Nəhayət, yığma komandanın lideri Aliyə Qarayeva topla gözəl oyun nümayiş etdirərək, hakimlərdən 27.625 bal alıb. Dörd gün ərzində Aliyə Qarayeva 109.375 bal qazanıb.

Yekunda azərbaycanlı gimnastlar 265.225 bal toplayaraq, komanda hesabında Rusiya və Belarusdan sonra üçüncü yerə çıxarıblar!