İdman

gimnastikadan

başlayır

Akrobatlarımız Avropa Yaş Qrupu Yarışlarında iştirak edib

28 oktyabr 2019

Akrobatlarımız Avropa Yaş Qrupu Yarışlarında iştirak edib

24-27 oktyabr tarixlərində İsrailin Holon şəhərində akrobatika gimnastikası üzrə 10-cu Avropa Yaş Qrupu Yarışları keçirilib.

Ölkəmizi 12-18 yaş qrupunda Leyla Bəşirova, Mənsumə Məmmədzadə və Nəzrin Fərmanovadan ibarət qadın qrupu, Nizam Xamidulin və Mehriban Salamovadan ibarət qarışıq cütlük, 11-16 yaş qrupunda isə Rauf Cabbarov və Samirə Rüstəmovadan ibarət qarışıq cütlük təmsil edib.

Hər üç proqram üzrə çıxış edən gimnastlarımız finala vəsiqə qazanmağı bacarıblar. Final mərhələsində Nizam və Mehriban cütlüyü 7-ci, Rauf və Samirə 8-ci, qadın qrupumuz isə 10-cu yerdə qərarlaşıb.