01 sentyabr 2019
Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kuboku keçirilib.
Ölkəmizi bu yarışda milli komandamızın üzvləri Murad Ağarzayev və Cavidan Babayev uğurla təmsil ediblər. Belə ki, 6 alətin hər birində finala vəsiqə qazanan Murad, ən yaxşı çıxışını dayaqlı tullanmada nümayiş etdirib. Gimnastımız 14,175 xalla turnirin qızıl medalını qazanmağa müvəffəq olub.
Digər təmsilçimiz C. Babayev də komanda yoldaşından geri qalmayaraq, bu gün iki final mərhələsində öz gücünü sınayıb. Cavidan halqalarda çıxışı ilə fərqlənərək, 13,750 xalla bürünc medala layiq görülüb.