İdman

gimnastikadan

başlayır

Ənənəvi dünya kuboklarının tarixləri bəlli oldu

20 sentyabr 2020

Ənənəvi dünya kuboklarının tarixləri bəlli oldu

Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən təşkil olunan batut və idman gimnastikası üzrə ənənəvi dünya kuboklarının növbəti il üçün tarixləri müəyyənləşdi.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin bir neçə gün öncə video-konfrans formatında keçirilmiş görüşündə 2021-ci ildə təşkil ediləcək dünya kubokları, eləcə də “challenge” seriyalı dünya kuboklarının məkan və tarixləri barədə qərar qəbul edilib.

Beləliklə, növbəti ildə Milli Gimnastika Arenası batut gimnastikası və tamblinq üzrə dünya kubokuna 13 və 14 fevral, idman gimnastikası üzrə dünya kubokuna isə 4-7 mart tarixlərində ev sahibliyi edəcək.

Xatırladaq ki, 2020-ci ilin 24-26 aprel tarixlərində keçirilməli olan, lakin pandemiya səbəbindən təxirə salınmış bədii gimnastika üzrə dünya kuboku isə gələn ilin 7-9 may tarixlərində təşkil ediləcək.