İdman

gimnastikadan

başlayır

Qızıl medallı həftəsonu

27 may 2019

Qızıl medallı həftəsonu

Bu həftəsonu, Xorvatiyanın Osiyek şəhərində yekunlaşan idman gimnastikası üzrə "Challenge" seriyasına aid Dünya Kubokunda gimnastlarımız ölkəmizi layiqincə təmsil edərək,  2 medal qazanıblar.

Belə ki, paytaxtda aerobika gimnastlarımızın qitə birinciliyində yaşanan final həyəcanı ilə bərabər, idman gimnastlarımız da beynəlxalq arenada bayrağımızı yüksəltməyə müvəffəq olublar. Komandamızın hesabına ilk medalı İvan Tixonov yazdırıb. Gimnastımız dəstəli atda 14 tam xalla, kubokun bürünc medalına layiq görülüb.  

Kubokun son günü isə millimizin üzvü Nikita Simonov öz sevimli aləti halqalarda qızıl medal qazanıb. 28 ölkənin iştirakçıları arasında mübarizə aparan gimnastımızın çıxışının 14.500 xalla dəyərləndirilməsi, onu fəxri kürsünün ilk pilləsində qərarlaşdırıb.