İdman

gimnastikadan

başlayır

Bakıda parkur gimnastika növü üzrə təqdimat xarakterli kurslar keçirilib

06 dekabr 2018

Bakıda parkur gimnastika növü üzrə təqdimat xarakterli kurslar keçirilib

Bir neçə gün öncə FIG-nin Konqresində (2-3 dekabr)  qəbul edilən qərara əsasən, Parkur rəsmi olaraq gimnastika proqramına daxil edilib. Elə bu fürsətdən yararlanaraq, paytaxtımızda bu idman növü ilə yaxından tanış olmaq üçün təqdimat xarakterli  kurslar təşkil olunub və kurslarda  13 ölkənin, eləcə də Azərbaycan nümayəndələri iştirak ediblər.

Seminarın təqdimatçısı isə bu idman növünün yaradıcılarından sayılan, “Yamakasi” filimində rol almış Şarl Perye olub. Təmsil etdiyi idman növünün FIG-nin proqramına daxil edilməsi sevincini yerli jurnalistlərimizlə  bölüşən Perye öz müsahibəsində bu idman növünün gələcək inkişafından danışıb: “Parkurun rəsmi olaraq FIG-yə daxil edilməsi onun inkişafına müsbət təsir göstərəcək.  Biz bütün dünyaya göstərmək istəyirik ki, parkur necə maraqlı idman növüdür. Əlbəttə qarşıda görməli olduğumuz çox işlər var. Ən əsası bu növ üzrə yarışların sayının artırılmasıdır. Artıq parkur böyük idmanın bir hissəsinə, Bakı isə bizim üçün əsl sürpriz şəhərə çevrildi”.

Qeyd edək ki, sözügedən kurslar nəzəriyyə və təcrübi hissələrdən ibarət olub və iki gün davam edib.