İdman

gimnastikadan

başlayır

Təxirə salınmış dünya kuboku üçün də yeni tarix müəyyənləşdi

04 iyun 2020

Təxirə salınmış dünya kuboku üçün də yeni tarix müəyyənləşdi

Beynəlxalq Gimnastika Federasiyası (FIG) COVID-19 pandemiyası səbəbindən təxirə salınmış bədii gimnastika üzrə Dünya Kuboklarının keçirilməsi üçün yeni tarixləri elan edilib.

24-26 aprel tarixlərində Bakıda təşkil edilməli olan dünya kuboku növbəti ilin may ayında baş tutacaq. Belə ki, Olimpiya Oyunlarına təsnifat xarakterli bu kubok 2021-ci ilin 7-9 may tarixlərində elə eyni məkanda – Milli Gimnastika Arenasında keçiriləcək.

Olimpiadaya təsnifat xarakterli bədii gimnastika üzrə digər dünya kubokları gələn il 9-11 aprel tarixlərində Sofiyada (Bolqarıstan),  16-18 apreldə Daşkənddə (Özbəkistan) və 11-13 iyun tarixlərində Pesaroda (İtaliya) təşkil ediləcək.