17 sentyabr 2019
17 sentyabrda Milli Gimnastika Arenasında fərdi gimnastların halqa və topla təsnifat yarışları baş tutub.
Azərbaycan təmsilçiləri Zöhrə Ağamirova və Veronika Qudis bu gün, topla proqramlarını icra ediblər. Zöhrə çıxışına görə 19.950 xal, Veronika isə 17.700 xal toplayıb.
Təsnifat gününün sonunda halqa və topla çempionatın ilk medalçılarının adları müəyyənləşib. Beləliklə, halqa ilə proqramda bürünc medal Rusiyalı gimnast Dina Averina (23.350), gümüş medal İsrail təmsilçisi Linoy Aşrama qismət olub. Çempion adını isə 23.500 xal toplayan, Rusiya təmsilçisi Yekaterina Seleznova qazanıb.
Topla final çıxışlarına gəldikdə isə, digər finalda olduğu kimi, 3 medaldan ikisi Rusiya komandasının hesabına yazılıb. Bu dəfə İsrailli Linoy bürünc medala (22.400) layiq görülüb. Arina Averina isə gümüş (23.050) qazanıb, bu da Bakıda keçirilən dünya çempionatında onun ilk (və çox güman ki, sonuncu deyil) medalı oldu. Digər bacı Dina öz növbəsində rəqiblərini geridə qoyaraq, qələbəni bayram etdi (23.500).