İdman

gimnastikadan

başlayır

Gimnastımızdan gümüş medal

16 mart 2019

Gimnastımızdan gümüş medal

İdman gimnastikası üzrə Dünya Kubokunun final günündə Azərbaycan gimnastı Nikita Simonov gümüş medal qazanıb. Gimnastımızın halqalarda çıxışı hakimlər tərəfindən 14.800 xalla dəyərləndirilib. 

Nikitanın sözlərinə görə tamaşaçıların dəstəyi ona uğurlu çıxış etməkdə kömək edib. “Çox həyəcanlıyam. İzləyicilər çox yaxşı dəstək oldular, bu enerjini hiss edirdim. Təsnifat günü çıxışımda səhvlər var idi. Bunlar üzərində işlədim və yekundə final çıxışım daha yaxşı alındı. Doğma arenada, azarkeş dəstəyi də yüksək performans göstərməyimə kömək oldu”.

Qeyd edək ki, bu gün daha iki təmsilçimiz Murad Ağarzayev və Marina Nekrasova final mərhələsində çıxış ediblər. Muradın sərbəst hərəkətlərdəki proqramı ona 13.800 xal qazandırıb və nəticədə o, 6-cı yerdə qərarlaşıb.

Qadınların yarışında isə Marina dayaqlı tullanma hərəkətində 13.966 xal əldə edərək, bu proqramda kuboku 6-cı yerlə başa vurub.

Xatırladaq ki, sabah – yarışların son günü gimnastımız Marina Nekrasova daha bir final mərhələsində mübarizəyə qoşulacaq. Bu dəfə o, gimnastika tirində öz gücünü sınayacaq.