İdman

gimnastikadan

başlayır

Ukrayna KİV-ləri Bakıdakı Milli Gimnastika Arenasını yüksək qiymətləndirmişdir

16 iyun 2014

Ukrayna KİV-ləri Bakıdakı Milli Gimnastika Arenasını yüksək qiymətləndirmişdir

 

Azərbaycanın paytaxtına ənənəvi 30-cu Avropa çempionatı başa çatmışdır. Azerisport.com saytının məlumatına görə, bütün qonaqlar çempionatın təşkilatçılığından razı qaldılar.

Ukrayna KİV-ləri xəbər verir ki, idmançı qızların, məşqçi və hakimlərin çox sayda rəylərinə görə, yerli hakimiyyət çox gözəl iş görmüş, gimnastikanın bütün növləri üçün bütün lazımi şəraiti olan, təkcə Avropa çempionatının yox, həm də yığma komandanın daimi məşqlərinin keçirilməsi məqsədilə yaraşıqlı Milli Gimnastika Arenası tikmişdir.

Dünyada analoqu olmayan bu unikal qurğunu artıq Bakının fəxri adlandırırlar.

Bundan əlavə, Ukrayna KİV-ləri Azərbaycan yığmasının lideri Marina Durundanı qeyd etmişdir. Sport.ua saytı yazır: "Marina Durunda yaxşı hazırlaşmışdır, yüksək texnikaya malikdir, gənc olmasına baxmayaraq, xalça üzərində öz dəst-xətti, cazibəsi və hərəkətlərində sərbəstlik vardır. O, şübhəsiz ki, doğma məkanda fərqlənmək istəyirdi və buna nail oldu".