27 iyun 2013
Böyüklər arasında 1-ci yeri Marina Durunda, 2-ci yeri Lalə Yusifova (hər iki – milli komanda), 3-cü yeri isə Yekaterina Prokopenko (Respublika kompleks idman məktəbi) qazanıb.Yuniorlar arasında isə 1-ci yeri Jalə Piriyeva, 2-ci yeri Veronika Ömərova, 3-cü yeri Züleyxa İsmayılova (hamısı – milli komanda) əldə edib.Balaca yaş qruplarında 1-ci yerləri Leyli İbrahimova və Aydan Ağayeva (hər iki - "Spartak"), Nərminə Səmədova (Respublika kompleks idman məktəbi) və Rəhimə-xanım Aslanlı (“Bakı”) əldə ediblər.Yarışın coğrafiyası günü-gündən çox alır və sevindirici haldır ki, 2005-ci təvəllüdlü gimnastların arasında 2-ci yeri tutan qusarlı Asiman Orduxanova olub.5 halqa ilə qrup hərəkətləri üzrə komandalar arasında 1-ci yeri "Spartak", 5 topla isə "Sərhədçi" qazanıb.Həmçinin, Avropa çempionu, dünya vitse-çempionu, Olimpiya Oyunlarının ikiqat iştirakçısı və Azərbaycanın 5 qat mütləq çempionu Aliyə Qarayevanın böyük idmanla vidalaşmasına həsr olunmuş Qala-konsert keçirilib.Aliyə Qarayevanı təbrik edən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov onun Azərbaycanı layiqincə təmsil etdiyini vurğulayıb. Həsənov qeyd edib ki, Qarayeva bir çox mükafatlar qazanaraq Azərbaycan idmanına uğurlar gətirib. "Aliyə Qarayeva artıq idmanı tərk edir, amma hesab edirəm ki, yeni nəsil onu layiqincə əvəz edəcək", - deyən Həsənov idmançıya gələcək fəaliyyətində uğurlar arzulayıb və xüsusi hazırlanmış xalçanı təqdim edib.Aliyə Qarayeva da öz növbəsində göstərilən diqqət və qayğıya görə, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, birinci xanımı Mehriban Əliyevaya öz minnətdarlığını bildirib. Və ənənəyə olaraq öz idman geyimini gənc idmançı Ləman Hacızadəyə təqdim edib.Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Aliyə Qarayevaya "Əməkdar idman ustası", bir qrup idmançıya isə idman ustası kitabçalarını təqdim edib.Həmçinin, mükafatlandırma zamanı "Bakond" şirkəti iyunun əvəllində Vyanada keçirilən Avropa çempionatında ikinci yeri qazanmış Azərbaycan gimnastları və məşqçilərinə qiymətli hədiyyələr təqdim edib. Hazırda Bakıda olan Qırğızıstan gimnastika federasiyasının prezidenti Əsəd Əsədov belə bir yarışların təşkili və keçirilməsini yüksək səviyyədə, həmçinin iki struktur arasında təcrübə mübadiləsi vacibliyini qeyd etdi.