31 avqust 2019
Bu gün, Milli Gimnastika Arenasında Bədii Gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatı yekunlaşıb.
3 gün davam edən turnirin ilk 2 günü fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında çoxnövçülükdə mübarizə apararaq, öz aralarında çempionları müəyyənləşdiriblər. Balacalar kateqoriyasında Gövhər İbrahimova (2009), Təzəgül Yaqubova (2010), Azadə Atakişiyeva (2011), yeniyetmələr arasında Kamilla Seyidzadə, gənclərin yarışında Alina Gözəlova, böyüklər arasında isə Zöhrə Ağamirova çempion adını qazanıblar.
Turnirin son günü isə ayrı-ayrı alətlər üzrə böyük və gənc gimnastlar arasında final yarışları baş tutub. Nigar Usubova gürzlər və lent ilə çıxışlarına görə gənclər kateqoriyasında birinciliyi əldə edib. İp ilə final mərhələsində Lalə Qebəybəyova, top ilə finalda isə Alina Gözəlova bütün rəqiblərini geridə qoyaraq, çempion olublar. Böyüklərin mübarizəsində isə həm lent, həm də topla çıxışına görə birincilik yenidən Zöhrə Ağamirovanın payına düşüb.
Bütün qalibləri təbrik edir, onlara gələcək karyeralarında uğurlar arzu edirik!
Yarışların nəticələri ilə bu linkə daxil olaraq, tanış ola bilərsiniz: https://agf.az/az/competitions/information/201/