İdman

gimnastikadan

başlayır

İDMAN GİMNASTİKASI ÜZRƏ DÜNYA ÇEMPİONATI BAŞLADI!

25 oktyabr 2015

İDMAN GİMNASTİKASI ÜZRƏ DÜNYA ÇEMPİONATI BAŞLADI!

Bədii gimnastika üzrə qrup hərəkətləri komandasının ardınca, həmçinin Olimpiya Oyunlarına lisenziyaların oynanılacağı test tunirində təmsil olunmaq hüququnu (1 gimnastla) qadın idman gimnastikası üzrə yığma komandamız qazandı.  

Bu Marina Nekrasovanın (50.932 xal) Qlazqoda (Böyük Britaniya) keçirilən Dünya Çempionatının çoxnövçülüyündə əldə etdiyi nəticə sayəsində mümkün oldu. Digər gimnastımız Mariya Smirnova 4 çıxışın cəmində 50.032, Yuliya İnşina isə 49.399 xal topladı.

Xatırlatmaq istərdik ki, bü Dünya Çempionatı komandalar üçün lisenziya xarakteri daşıyır. Azərbaycan komandası ötən ilin Dünya Çempionatının nəticələrinə əsasən ən yaxşı 24 komanda sırasına daxil olmadığından, komanda yarışlarında iştirak etmək hüququna malik deyil. Hazırkı çempionatda fərdi yarışlarda lisenziya qazanmaq üçün isə dörd alət üzrə birində 3 ən güclü gimnast adına layiq görülmək lazım idi.

Lisenziya əldə etmək üçün ikinci şans gələn ilin aprel ayında Rio-de-Janeyroda keçiriləcək test turniridir. Test turnirində bu Dünya  Çempionatında 17-24-cü yerlərdə qərarlaşmış komandalar 2 gimnastla iştirak edə bilər.

Təmsilçiləri 1-dən 24-cü yerləri tutmuş bütün digər ölkələr komanda tərkibində mübarizə aparmış gimnastlardan sonra, test turnirində maksimum bir gimnastla çıxış edə bilər. Test turnirində ümumilikdə qadın idman gimnastikası üzrə 40 gimnast iştirak edəcək, onlardan 24 ən yaxşı idmançı isə lisenziya qazanacaq.