İdman

gimnastikadan

başlayır

BATUT GİMNASTİKASI ÜZRƏ DÜNYA ÇEMPİONATI

28 noyabr 2015

BATUT GİMNASTİKASI ÜZRƏ DÜNYA ÇEMPİONATI

Bu günlərdə, gimnastika növləri üzrə ilin son Dünya Çempionatı başa çatmaq üzrədir. Danimarkanın Odense şəhərinə, həmçinin Rio 2016 Olimpiya Oyunlarına lisenziyaların oynanıldığı batut gimnastikası üzrə yarışlara dünyanın 40 ölkəsinin idmançıları toplaşmışlar.

Azərbaycan fərdi və sinxron çıxışlarda həm kişi (İlya Qrişunin, Oleq Piunov, Dmitriy Fedorovskiy, Ruslan Ağamirov), həm də qadın (Svetlana Makshtarova, Sabina Zaytseva) idmançılar arasında təmsil olunmuşdur. Tamblinq üzrə yarışlarda isə Mixail Malkin çıxış etmişdir.

Təəssüflər olsun ki, bu çempionatda idmançılarımızın çıxışları bundan əvvəlki iki gimnastika növündən fərqli olaraq, elə də uğurlu olmadı. Belə növ yarışda bədii gimnastımız Marina Durunda və idman gimnastımız Oleq Stepko Olimpiya Oyunlarına lisenziya qazanmışdır.

Batutçularımız Azərbaycanda inkişafına 2013-cü ilin sonundan başlamış və bizim üçün yeni olan bu növdə lisenziya qazanmaq fürsətini əldən verdilər. Xatırladaq ki, iyun ayında İlya Qrişunin Bakı 2015 İlk Avropa Oyunlarında bürünc medal qazanaraq, ölkəmizi layiqincə təmsil etmişdi.