İdman

gimnastikadan

başlayır

İLİN SON YARIŞI

21 dekabr 2015

İLİN SON YARIŞI

Milli Gimnastika Arenasında keçirilmiş bədii gimnastika üzrə 22-ci Azərbaycan Birinciliyi ilin son yarışı oldu. Turnirdə 8 paytaxt idman cəmiyyətini və 9 bölgəni təmsil edən, ümumilikdə 160 gimnast iştirak etdi. 4 yaş qrupuna daxil olan idmançılar, fərdi çoxnövçülükdə medallar uğrunda mübarizə apardılar. Yaş qruplarından birində isə həmçinin qrup hərəkətləri komandaları yarışdılar. 

Böyüklər arasında Birinciliyin qalibi Avropa Oyunlarının gümüş, qitə Çempionatının bürünc mükafatçısı, Rio-de-Janeyro 2016 Olimpiya Oyunlarına lisenziya sahibi Marina Durunda oldu. Nəticələrlə daha ətraflı Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (ww.agf.az) tanış ola bilərsiniz.

Fürsətdən istifadə edərək, 3 yarış günü boyunca fasilələrdə keçirilmiş müsabiqələrdə fəal iştirak etdikləri üçün tamaşaçılara öz təşəkkürümüzü bildiririk.