İdman

gimnastikadan

başlayır

DAŞKƏNDDƏN 3 medal

08 sentyabr 2011

DAŞKƏNDDƏN 3 medal

Azərbaycan gimnastları Daşkənddə keçirilən Dünya kuboku mərhələsində və "Happy Caravan" beynəlxalq gənclər turnirində üç mükafat qazanıblar. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Səbinə Abbasova, Aelita Xələfova, Anastasiya Prasolova, Ceyla Quliyeva, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət ölkənin qrup komandası çoxnövçülükdə 3-cü yeri tutaraq hesabat mərhələsində özlərinin ilk medalını qazanıblar. 3 lent / 2 halqa ilə keçirilən final tapşırığında 19-25 sentyabrda Fransanın Monpelye şəhərində keciriləcək Dünya çempionatının iştirakçıları daha yaxşı çıxış edib və gümüş mükafata layiq görülüblər. Fərdi yarışlarda Aliyə Qarayeva 3 finala çıxaraq özünün ən yüksək göstəricisini lentlə kombinasiyada göstərərək 5-ci yeri tutub. Top və gürzlərlə digər iki çıxışından sonra o, 8-ci yeri və ümumi cədvəldə 7-ci yeri tutub. İkinci iştirakçı Zeynəb Cavadlı ayrı-ayrı finallarda iştirak etməyib və təsnifatda 28 idmançı arasında 12-ci yeri tutub. Gənclərin turnirində Gülsüm Şəfizadə fərqlənib. Halqa ilə tapşırıqda 13 yaşlı bakılı gimnast bürünc medal qazanaraq Azərbaycan komandasının hesabına 3-cü mükafatı gətirib. Top və lentlə tapşırıqlarda isə müvafiq olaraq 5-ci və 7-ci yerləri tutub.