27 mart 2016
Bu həftəsonu Fransanın Tiye şəhərciyində bədii gimnastika üzrə ənənəvi Qran-pri yarışları keçirildi.
Yarışlarda Azərbaycan həm qrup hərəkətləri komandası ilə, həm də fərdi çıxış proqramında təmsil olundu.
Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət olan qrup hərəkətləri komandası 3 cüt gürz və 2 halqa ilə finalda 4-cü yeri tutaraq medalların bir addımlığın dadayandı. Həmçinin, 5 lentlə finalda çıxış etmiş qrup, bu növdə 6-cı oldu. İki çıxışın toplam nəticəsinə əsasən, qızlar yeddinci yerdə qərarlaşdılar.
Beynəlxalq arenada yeni çıxış proqramını ilk dəfə nümayiş etdirən bədii gimnastika üzrə yığma komandanın lideri Marina Durunda isə lentlə final çıxışında 6-cı oldu, halqa və gürzlə isə, o, səkkizinci yerləri tutdu. Çoxnövçülükdə isə Marina 10-cu yerdə qərarlaşdı.