İdman

gimnastikadan

başlayır

AZƏRBAYCANIN ÜÇLÜYÜ

18 sentyabr 2010

AZƏRBAYCANIN ÜÇLÜYÜ

Azərbaycanın 3 individual gimnastı – Aliyə Qarayeva, Anna Qurbanova və Samirə Mustafayeva – Moskvada bədii gimnastika üzrə keçiriləcək 30-cu Dünya Çempionatında iştirak etmək üçün qeydiyyatdan keçmişdir.

Aliyə QARAYEVA

O, haqlı olaraq, Azərbaycan milli komandasının bir nömrəli gimnastı hesab olunur. Bunu sübuta yetirəcək əsaslar da var. Onu zaldakı rəfiqələri çağırdığı kimi, Alya çoxsaylı mükafatlarına bu ilin aprel ayında Bremendə keçirilən Avropa Çempionatında çoxnövçülükdə bürünc medal da əlavə etdi. O, gimnastika ilə beş yaşından məşğul olmağa başlamışdır. Hal-hazırda Aliyə həftənin altı günü, gündə iki dəfə məşq edir. Qarayevanın demək olar ki, “ən sevimli aləti” yoxdur – o, bütün alətləri eyni dərəcədə sevir. Misal üçün, ən ifadəli və eyni zamanda maraqlı bədii gimnastika aləti olan lenti götürək. “Lentlə mən dəfələrlə üçüncu olmuşam, iplə çıxışıma görə 2007-ci ildə Bakıda Avropa Çempionu adına layiq görülmüşəm. Topla isə ötən il Yaponiyada keçirilən Dünya Çempionatında ikinci yerdə qərarlaşmışam”, deyə, o, bildirir. Onun çıxışlarının apofeozu 2008-ci il Olimpiya Oyunlarında iştirakı ilə qeydə alındı. O, Pekində inamla finala vəsiqə qazanaraq, orada 6-cı yerə layiq görülmüşdür. Çindəki Olimpiada artıq tarixə çevril

miş

, qarşıda isə 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunları gəlir. Həmin oyunlarda Aliyənin həm özü, həm də ölkə üçün böyük müvəffəqiyyət gözləməyə haqqı vardır. Əsas etibarilə, bu ilin mühüm yarışı olan bədii gimnastika üzrə Dünya Çempionatı Kreml qülləsindən Biq Benə kimi olan vaxtın sayılmasının başlanğıcıdır. “Nə komandamızın, nə də ki, bizim idman növünün inkişafı üçün çox işlər görən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Federasiyanın ümidlərini boşa çıxarmamaq üçün Moskvada layiqincə çıxış etmək və Azərbaycan gimnastikasının adını uca tutmaq lazımdır”, deyə 22 yaşlı gimnast bildirir.

 

İp – “Ritmik rəqs”

Halqa – “Take five”

Top – “Historia de unamor”

Lent – “Qaraçı rəqsi”

Anna QURBANOVA

Anyanın növbəti doğum günü Moskvada keçirilən Dünya Çempionatına təsadüf edir. O, öz 24 yaşını sentyabr ayının 24-ü komanda hesabında və yaxud proqramın ayrı-ayrı növləri üzrə qazanılmış daha bir medalla qeyd etməyə razıdır. Bu vaxta kimi, Qurbanovanın Dünya Çempionatlarında ən yüksək nəticə əldə etməsi, Azərbaycan komandasının 2007-ci il Patras və 2009-cu il Miedə bürünc mükafat qazanması ilə qeydə alınmışdır. Qitə üzrə isə, o, elə komanda hesabında Avropanın vitse-çempionu adına layiq görülmüş (Bakı, 2009-cu il) və Avro-2009-da topla, Avro-2007-də isə komanda hesabında bürünc medal qazanmışdır. Lakin, onun adı, bundan daha çox əvvəl, zədə almış komanda yoldaşı Dinarə Gimatovanı əvəz etməklə, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında çıxış edən ilk Azərbaycan gimnastı olarkən tarixə düşmüşdür. Zaman ötdükcə prioritetlər dəyişməz olaraq qalır. “Şübhəsiz ki, bu 2 ildən sonra keçiriləcək Olimpiya Oyunlarıdır. Burada mən tam bacarığımı nümayiş etdirərək daha yaxşı çıxış etmək istəyirəm”, deyə gimnas

t b

ildirir. “Təbii ki, mən Moskvadaki Dünya Çempionatı və gələn il keçirilməsi Minskdə nəzərdə tutulan Avropa Çempionatı, və bir çox digər yarışları da unutmuram. Qeyd etdiyim yarışlarda da layiqli nəticə göstərmək lazımdır”. Anya rəqabətdən çəkinmir. Əksinə, o, rəqabəti alqışlayır. “Rəqabət hər zaman olmuşdur və bu da təbii bir haldır. Mən, Aliyə Qarayeva və Samirə Mustafayeva bir ölkəni təmsil edirik. Biz yaxın rəfiqəyik, daim ünsiyyətdəyik, daim bir-birimizə kömək edir, bir-birimizi dəstəkləyirik. Adi həyatda biz rəqabət aparmırıq; bizim aramızdakı rəqabət yalnız idman həyatımıza aiddir”, deyə ayrı-ayrı növlər üzrə dəfələrlə Azərbaycan çempionu bildirir.

 

İp – “Vostok”

Halqa – Çaykovski (remiks)

Top – “Tanqo”

Lent – “Tarantella”

Samirə MUSTAFAYEVA

O, Dünya Çempionatında iştirak edən üç Azərbaycan gimnastı arasında ən gənc idmançıdır. Onun 17 yaşı var.