İdman

gimnastikadan

başlayır

Bədii gimnastlarımızın Avropada zəfəri

24 mart 2015

Bədii gimnastlarımızın Avropada zəfəri

Bayram əhval - ruhiyyəli bu həftəsonu Fransada bədii gimnastika üzrə hər il keçirilən ənənəvi “Qran-Pri” yarışı və beynəlxalq turnir yekunlaşıb.

Azərbaycan gimnastı Marina Durunda Tiye şəhərində “Qran-Pri”-də çıxış edərək 3 medal qazandı: onun hesabına gürzlərlə hərəkətə görə qızıl, lentlə hərəkətlərə görə gümüş və halqa ilə çıxışına görə bürünc medalı yazıldı. Ümumi hesaba daha bir bürünc medalı isə böyüklərdən ibarət qrup komandasının  heyəti “6 gürz – 2 halqa ilə” kompozisiya ilə çıxışlarının nəticələrinə əsasən yazdırdılar.

Fransanın digər şəhəri Kaledə gimnastımız Jalə Piriyeva yeniyetmələr arasında çoxnövçülükdə, iplə və gürzlərlə üç gümüş medal, həmçinin halqa ilə qızıl medal əldə etdi. Digər gimnastımız Ayşən Bayramova topla çıxışına görə gümüş medal qazanıb. Gimnastlarımız komanda hesabında da birinci yeri tutmuşlar.

Həmin günlərində Macarıstanın paytaxtında beynəlxalq turnir "2015 Kupa Tavaszi" başa çatıb. Gimnastlarımız Budapeştdən xeyli medal gətiriblər:
 
 Fidan Yusifzadə - dörd "qızıl" (alətsiz, top, halqa ilə və çoxnövçülükdə),
 Leyla Dəmirova - üç "qızıl" (alətsiz, çoxnövçülükdə, halqa ilə),
 Dərya Farşbafşahriyari - "bürünc" (topla),
 Fatimə Əkbərova - iki "qızıl" (çoxnövçülükdə, halqa ilə),
 Ülkər Hüseynova - "qızıl" (top ilə) və "gümüş" (çoxnövçülükdə),
 Alina Türina - iki "gümüş" (çoxnövçülükdə, alətsiz)  və "bürünc" (topla),
 Nərminə Səmədova - "gümüş" (topla), üç "bürünc" (alətsiz, çoxnövçülükdə, iplə),
 Güllü Ağalarzadə - "gümüş" (topla)
 Qrup hərəkətləri komandası - "qızıl" (beş halqa, 10 gürz).