İdman

gimnastikadan

başlayır

Turində Azərbaycan himni 3 dəfə səsləndi

08 iyul 2024

Turində Azərbaycan himni 3 dəfə səsləndi

5-7 iyul tarixlərində İtaliyanın Turin şəhərində keçirilmiş akrobatika gimnastikası üzrə “Turin Acro Cup” adlı beynəlxalq yarışdan bütün təmsilçilərimiz medalla ayrılıb. Belə ki, Rəhimov Ağasif və Seyidli Raziyədən ibarət qarışıq cütlük 82.310 xalla sıralamanın ilk pilləsində qərarlaşıb və aktivinə növbəti qızıl medalı yazdırıb. Rəfiyev Murad və Abbasov Danielin təmsil etdiyi kişi cütlüyü də gözləntilərimizi doğruldub. Hakimlərdən topladıqları 81.650 xal onları fəxri kürsünün ilk pilləsinə qaldırıb. Yarışda 3-cü dəfə himnimizin səslənməsi ilə nəticələnən uğurlu çıxışı isə qadın qrupumuz nümayiş etdirib. Qrupun nümayəndələri Zeyniyeva Nəzrin, Bashiri Anahita və Rəşidova Zəhranın topladığı 83.890 xal ölkəmizə növbəti qızıl medalı qazandırmağa kifayət edib. Daha bir medal xəbəri isə Səfərov Riad, Əl-Məşayxi Abdulla, Seyidli Rəsul və Cəfərov Seymurdan ibarət kişi qrupumuzdan gəlib. Çıxışları 79.800 xalla qiymətləndirilən təmsilçilərimiz yekun sıralamada 2-ci pillənin sahibi olublar.
Beləliklə, gimnastlarımız “Turin Acro Cup” adlı beynəlxalq yarışdan 3-ü qızıl, 1-i gümüş olmaqla 4 medalla ayrılıb. Təmsilçilərimizi qələbə münasibətilə təbrik edirik.