İdman

gimnastikadan

başlayır

Türkiyənin İdman Gimnastikası üzrə Dünya Kuboku

04 iyul 2016

Türkiyənin İdman Gimnastikası üzrə Dünya Kuboku

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilmişdir.

Kişi idman gimnastikası üzrə yarışlarda ölkəmizi Murad Ağarzayev və Daniel Lukas təmsil etmişdir.  

Böyüklər yaş qrupunda ilk dəfə çıxış edən gimnast Murad Ağarzayev dəstəli at üzərində finalda 4-cü, sərbəst hərəkətlərdə 5-ci, turnik üzərində 6-cı, dayaqlı tullanmada 7-ci, parallel qollar və halqalar üzərində hərəkətlərdə isə 8-ci nəticəni göstərmişdir.

Yarışlarda iştirak edən digər təmsilçimiz Daniel Lukas dayaqlı tullanma üzrə finalda 5-ci yerdə qərarlaşmışdır.