İdman

gimnastikadan

başlayır

AVRO-2011 ÖNCƏSİ İKİ GÜMÜŞ MEDAL

16 may 2011

AVRO-2011 ÖNCƏSİ İKİ GÜMÜŞ MEDAL

Fransanın Korbey-Esson şəhərində Azərbaycan gimnastların da iştirak etdiyi bədii gimnastika üzrə Dünya Kubokunun növbəti - yeddinci mərhələsi başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, dünən ayrı-ayrı növlər üzrə final yarışları keçirilib. Milli yığmanın lideri Aliyə Qarayeva iki final yarışında iştirak edib və hər iki yarışda gümüş medallar qazanıb. Aliyə halqa ilə yarışda 28.225 bal, topla kompozisiyaya görə isə 28.525 bal toplayıb.

Yalnız Rusiyadan olan Olimpiya çempionu Yevgeniya Kanayeva azərbaycanlı gimnastdan güclü olub. Birinci finalda Qarayevadan sonra üçüncü xalçanın sahibi Delfin Ledu, digəri isə belaruslu Melitina Stanyuta olub.

Çoxnövçülüyün yekunlarına gəldikdə, Aliyə Qarayeva doqquzuncu, digər gimnastımız Samirə Mustafayeva isə 49 iştirakçı arasında 24-cü yeri tutub.

Keçmiş mərhələ mayın 27-29-da Minskdə keçiriləcək bədii gimnastika üzrə 27-ci Avropa çempionatı ərəfəsində sonuncu sınaq turniri olub. Avro-2011-ə üç fərdi gimnast - Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı, eləcə də tərkibində Lalə Yusifova, Ayşə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Səbinə Qaratova və Siyana Vasilevanın olduqları yeniyetmələrdən ibarət qrup komandası yola düşəcəklər.

"Minsk-Arena" universal idman kompleksinə qitənin 33 ölkəsini təmsil edən 74 gimnast və 23 yeniyetmələrdən ibarət kollektiv toplaşacaq. Ümumilikdə beşi - fərdi (komanda hesabında və dörd finalda - halqa, top, gürzlər və lent) və ikisi - yeniyetmələrdə (çoxnövçülük və 5 iplə final) olmaqla, yeddi medal dəsti oynanılacaq.