İdman

gimnastikadan

başlayır

AVROPA GİMNASTİKA İTTİFAQI TEXNİKİ KOMİTƏSİNİN İCLASI VƏ AVRO-2009-UN PÜŞKATMASI BAKIDA KEÇİRİLƏCƏK

14 yanvar 2009

AVROPA GİMNASTİKA İTTİFAQI TEXNİKİ KOMİTƏSİNİN İCLASI VƏ AVRO-2009-UN PÜŞKATMASI BAKIDA KEÇİRİLƏCƏK

Əvvəla, Avropa Gimnastika İttifaqının direktoru Manfred Kuht və bu qurumun bədii gimnastika üzrə Texniki komitəsinin prezidenti Hayde Bruneder çempionatın Təşkilat komitəsinin iclasında iştirak edəcəklər. Müzakirələrin mövzusu iştirakçıların akkreditasiyası və yerləşdirilməsi, dopinq nəzarəti və teleyayım, idman kompleksinin təchizatı və çempionata hazırlıq zamanı hesabatlar, həmçinin digər məsələlər olacaqdır.

İkincisi, Bruneder Texniki komitənin iclasını keçirəcək, iclasın gedişində o, öz həmkarları ilə Avropa çempionatının cədvəlini və iştirakçıların və fəxri qonaqların gəliş günlərini təsdiq edəcək. Əsas diqqət turnirin formatına, gimnastların sayına və yeniyetmə qrup komandalarının heyətinə yönəldiləcək.

Nəhayət, əsas hadisə Texniki komitənin üzvlərinin keçirəcəyi Avropa çempionatının püşkatması olacaq. Yeri gəlmişkən, artıq Avropa çempionatının məlum olan 31 üzvünə, daha 3 ölkə qatılmışdır: İspaniya, Gürcüstan və Türkiyə. Beləliklə, 33 ölkənin gimnastları fərdi turnirdə, 19 komanda isə yeniyetmələrin qrup kollektivlərinin yarışında qüvvələrini sınayacaqlar.

Bizim gimnastlara gəlincə isə, Azərbaycan yığmasının bütün liderləri – Avropa çempionu Aliyə Qarayeva, dünya çempionatının bürünc mükafatçıları Anna Qurbanova və Zeynəb Cavadlı, həmçinin klublararası dünya birinciliyinin bürünc medalçısı Samirə Mustafayeva yeni yarış mövsümü üçün yeni proqramlarını hazırlayırlar. Məşqçilərin sözlərinə görə, bütün hərəkətlər yeni və mürəkkəbdir, həm də gürzləri top əvəz etmişdir.

Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilevanın məlumatına görə, ölkənin yeniyetmə komandası da gücləndirilmiş ikidəfəlik məşqlər keçirir. Bolqar mütəxəssis aşağıdakı gimnastlar üçün qaraçı musiqisi altında 5 lentlə hərəkəti hazırlamışdır: Səbinə Abbasova, Ayelita Xələfova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova (hamısı 1994-cü il təvəllüdlü), Kamilə Məmmədova (1995), həmçinin iki ehtiyat gimnast Nərgiz Əliyeva (1994) və Lalə Məhərrəmova (1995).