İdman

gimnastikadan

başlayır

ABŞ səfiri Milli Gimnastika Arenasında

12 noyabr 2021

ABŞ səfiri Milli Gimnastika Arenasında

Bu gün Amerika Birləşmiş Ştatlarının səfiri Li Litzenberger Milli Gimnastika Arenasına (MGA-da) səfər edib.

Səfir arenada 35-ci Dünya Çempionatından öncə təlim-məşq toplantısında iştirak etmək üçün Bakıya təşrif buyurmuş ABŞ-ın batut gimanstikası üzrə yığma komandasının üzvləri ilə görüşüb.

O, Dünya Çempionatında iştirak edəcək gimnastlarla, eləcə də onların məşqçiləri ilə söhbət edib. Amerikalı idmançılar yarış hazırlıqları ilə bağlı səfirə məlumat veriblər.

Daha sonra L. Litzenberger gimnastların məşqini izləyib.

Səfir eyni zamanda MGA-da idmançıların hazırlığı üçün yaradılmış şəraitlə də tanış olub.

Dünya Çempionatında batut üzrə fərdi və sinxron proqramlar, ikili mini-batut və tamblinq yarışlarında 19 amerikalı idmançı çıxış edəcək. Bu ölkənin komandası ümumilikdə 40 nəfərdən ibarətdir.

Xatırladaq ki, batut gimnastikası üzrə 35-ci Dünya Çempionatı 18-21 noyabr tarixlərində keçiriləcək.

Yarışda 33 ölkədən ümumilikdə 270-ə yaxın gimnast 51 medal uğrunda mübarizə aparacaq.