İdman

gimnastikadan

başlayır

Uşaq evi sakinlərinin bayram sevinci

21 dekabr 2021

Uşaq evi sakinlərinin bayram sevinci

Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri (AGF) Bakının Binə qəsəbəsində yerləşən “Ümid yeri” Uşaq Sığınacağına baş çəkiblər.

Görüşdə AGF-ın əməkdaşları ilə birlikdə bədii gimnastika üzrə yığma komandanın üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova da iştirak ediblər. 

Onlar uşaq sığınacağının balaca sakinləri ilə xoş anlar keçiriblər. Federasiya nümayəndələri və gimnastlar qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə uşaqları təbrik edərək onlara xoşbəxt həyat arzulayıblar.

Gimnastlarımız balacalara yeni il hədiyyələri təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər. 

Qeyd edək ki, bu aksiya bədii gimnastika nümayəndələrinin təşəbbüsü ilə artıq bir ənənəyə çevrilib. 

Tədbir Covid-19 pandemiyası ilə bağlı qaydalar nəzərə alınaraq həyata keçirilib.