02 noyabr 2015
Azərbaycan təmsilçisi Oleq Stepko Bakıda keçirilən 1-ci Avropa Oyunlarının beşqat medalçısı olduqdan sonra Qlazqoda keçirilən Dünya Çempionatında sübut etdi ki, bu heç də təsadüfi olmayıb!
Oleq Stepko Azərbaycanın müstəqilliyi tarixində kişi idman gimnastikasında Dünya Çempionatının ilk medalını qazanıb. Parallel qollar üzərində final mərhələsində, o, bürünc medala layiq görülərək, fəxri kürsünü Çin idmançısı Şudi Denq ilə bölüşdürüb.
Finalda Oleq Stepko birinci çıxış etdi. Sirr deyil ki, bu idmançı üçün psixoloji ağır olan bir amildir və bundan əvvəlki iki final mərhələsindəki idmançılar misal olaraq, hər kəs bunun öhdəsindən gələ bilmir. Lakin, o, psixoloji olaraq da qalib gəldi. Hakimlərdən 15,966 xal toplayan Oleq, ona səmimiyyətlə inananların ümidlərini doğrultdu. Ukrayna gimnastı Oleq Vernyayevin (16.066) qazandığı ikinici yerdən onu cəmi 0.1 xal ayırırdı.
Oleq Stepko Dünya Çempionatının finalında öz sevimli alətindəki çıxışı ilə bir daha sübut etdi ki, o, Rioya birbaşa biletə layiq olan güclü gimnastdır!
Xatırladaq ki, Oleq Dünya Çempionatında hələ çoxnövçülüyün təsnifat mərhələsində həmçinin Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziyaların oynanılacağı, 2016-cı ilin aprel ayında keçiriləcək Test Turnirində Azərbaycandan bir idmançının iştirakını təmin etmişdir. Bu da o deməkdir ki, yenə də Azərbaycanın kişi idman gimnastikasının tarixində ilk dəfə olaraq, Olimpiya Oyunlarında iki idmançı ilə iştirak etmək üçün mübarizə aparmaq şansı var.
Azərbaycanın bütün gimnastika ictimaiyyətini Dünya Çempionatının bürünc medalı, Rioya birbaşa reyslə, həmçinin qarşıda gələn 2016-cı ilin Oyunlarına hələ də lisenziya əldə etmək üçün mübarizə aparmaq hüququ ilə təbrik edirik!
Xatırladaq ki, bu gimnastika təmsilçilərinin Rioya artıq ikinici birbaşa lisenziyasıdır. Birnicisi bədii gimnastika üzrə komandanın lideri Marina Durundaya məxsusdur.