İdman

gimnastikadan

başlayır

İDMAN VƏ İNCƏSƏNƏTİN BİRLƏŞMƏSİ İLƏ GÖZƏLLİK MÖCÜZƏLƏRİNİN YARANDIĞI MƏKAN!..

20 sentyabr 2010

İDMAN VƏ İNCƏSƏNƏTİN BİRLƏŞMƏSİ İLƏ GÖZƏLLİK MÖCÜZƏLƏRİNİN YARANDIĞI MƏKAN!..

Moskva, bədii gimnastika üzrə Dünya Çempionatı iştirakçılarını, payız fəsili olmasına baxmayaraq, isti hava ilə qarşıladı. Paytaxt sinoptiklərinin verdiyi məlumata əsasən, axşamlar bir qədər sərinləşməklə belə mülayim günəşli hava hələ bir həftə - yəni Dünya Çempionatı başa çatanadək davam edəcək.

Bu payız ayında Moskvada 50 ölkə gimnastının (150-dən artıq fərdi gimnast və 29 qrup komandası) 9 dəst mükafat uğrunda mübarizə aparacağı möhtəşəm “Olimpiyski” idman kompleksində həqiqətən çox “isti” olacaq.

Moskvada Azərbaycan gimnastları çempionatın favoritlərindən biri kimi çıxış edirlər. Hər halda Aliyə Qarayeva, Anna Qurbanova və həmçinin qrup hərəkətləri komandası çempionatın rəsmi bülletenində məhz belə təqdim olunurlar.

Azərbaycan idmançılarının potensialını rəqiblər də etiraf eidr. Dünya Çempionatının başlanmasından bir gün əvvəl Rusiya yığma komandasının baş məşqçisi İrina Vinerin qeyd etdiyi kimi, Azərbaycan gimnastları istənilən rəqiblə ciddi rəqabət və yüksək mükafatlar uğrunda mübarizə aparmağa qadirdir.

Öz növbələrində, Azərbaycan milli komandasının məşqçiləri çox qısa bir proqnozla çıxış edirlər. Onların fikrincə, qızlar çıxışlarında ciddi səhvlərə yol verməsələr müvəffəqiyyətə ümid etmək olar.

Bugünkü yarımsaatlıq açılış mərasimi Aysedora Dunkanın örpəkləri ilə ilk rəqslərdən və əfsanəvi Nazmutdinova bacılarından tutmuş, Olimpiya Oyunlarının vitse-çempionu İrina Çaşinanın ifasında parlaq akrobatik-sirk şousuna kimi, ötən və indiki əsrin bütün gimnastlar xəzinəsini özündə cəmləşdirirdi.

Dünya Çempionatlarını təşkil edən şəhərlər coğrafiyasını əks etdirən video-xülasəyə, 2005-ci ildə Bakıda keçirilən çempionatdan da kadrlar daxil edilmişdi. Beynəlxalq Federasiyanın emblemi fonunda digər iştirakçı-ölkələrlə yanaşı dalğalanan Azərbaycanın üç rəngli bayrağı isə komandamızın Rusiyadakı Azərbaycan Gənclər Təşkilatından (RAGT) olan azarkeşlərini heyrətə gətirdi.

İlk nəticələrə gəlincə isə, Aliyə Qarayeva halqa ilə hərəkətlərə görə 27.275, Anna Qurbanova 26.45, Samirə Mustafayeva isə 25.4 xal toplamışdır.

Sabah, sentyabr ayının 21-i dünya çempionatında halqa və iplə təsnifat yarışları davam edəcək və həmin növlər üzrə final mərhələləri keçiriləcək.