İdman

gimnastikadan

başlayır

ŞAĞANDAKI BƏDİİ GİMNASTİKANIN BAYRAMIN YEKUNU

21 noyabr 2011

ŞAĞANDAKI BƏDİİ GİMNASTİKANIN BAYRAMIN YEKUNU

Bədii gimnastika üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatına yekun vurulub. Medallar uğrunda keçən yarışlarda daha gərgin mübarizə ən yaşlı - 13-15 yaşlı gimnastlar arasında baş tutub. Çempionatın yekununa əsasən, Lalə Yusifova üç dəfə (gürzlər, lent və çoxnövçülükdə) birinci yerə sahib çıxıb. Onun ancaq halqa və topla tapşırıqlarda bir az rahatlanmasından dərhal müvafiq olaraq Mənsurə Baqiyeva və Gülsüm Şəfizadə istifadə ediblər.
1999-cu il təvəllüdlü gimnastların kateqoriyasında proqramın bütün növlərində Ləman Hacızadə inamlı qələbə qazanıb. O, şəxsi birincilikdə yaxın izləyicisi Nərminə Hüseynovanı 8 (!) bal qabaqlayıb. Emiliya Bağıyeva isə üçüncü olub.
2000-ci il təvəllüdlü idmançılar arasında Züleyxa İsmayılova ilk pilləni tutub (halqa, lent və çoxnövçülük). Topla tapşırıqda isə ən yaxşı Jalə Piriyeva olub. O, çoxnövçülükdə ikinci yeri tutub. Ruqiyyə Səttarova üçüncü yerlə kifayətlənib.
10 yaşlı gimnastlar arasında Leyli İbrahimova rəqib tanımayıb. O, 4 dəfə qalib gəlməyi bacarıb. Natalya Quliyeva gümüş, Zöhrə Ağamirova isə bürünc medala sahib çıxıblar.
2002-ci il təvəllüdlü gimnastlar arasında Vəfa Həsənzadə iki dəfə (alətsiz və çoxnövçülük) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İplə hərəkətlərdə Darya Sorokina inamlı qələbə qazanıb. O, çoxnövçülükdə üçüncü olub. Topla hərəkətlərdə Ləman Hacıyeva birinci yerə çıxıb. O, çoxnövçülükdə gümüş medal qazanıb.
Nəhayət, 2003-cü il təvəllüdlü ən kiçik gimnastlar arasında Aydan Ağayeva bütün rəqiblərini qabaqlayıb (alətsiz, ip və çoxnövçülük). Topla tapşırıqda Darya Farşbafşşəhriyari birinci olub (çoxnövçülükdə ikinci yer). Ləman Hüseynova isə bürünc medal qazanıb.
Yarışların yekunundan sonra Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva bildirib ki, nəticələrdən razıdır. "Yaşlı gimnastların rəqabəti müsbət amildir. Amma o, ancaq xalçadadır. Yarış başa çatandan və mükafatlar paylandıqdan sonra yaşından fərqli olmayaraq, bütün qızlar turnirin bağlanışında Azərbaycan himni oxudular. Bu, cari ildə sonuncu yarış idi və mənə gimnastlara 2012-ci ildə sağlamlıq və uğurlar arzulamaq qalır", - bolqarıstanlı mütəxəssis deyib.
Turnir Bakı, Gəncə, Sumqayıt, Xırdalan, Qusar, Hövsan və Şağan idman cəmiyyətlərinin gənc gimnastlarının rəngarəng çıxışları ilə ənənəvi Qala-konsertlə başa çatıb.
Çempionatın keçirildiyi Şağan kompleksinin direktoru Emil Rzayev güman edir ki, indi gimnastika ilə məşğul olmaq istəyənlərin sayı artacaq, keçirilən turnir isə qəsəbədə bu idman növünün populyarlaşmasına təkan verəcək.
Milli komandanın lideri isə Aliyə Qarayeva İtaliyanın klub çempionatının üçüncü turunda iştirak edib. Burada onun komandası "Ritmika Pyemont" altıncı yeri tutub. O, lentlə hərəkətlərə görə, 28.225 bal alıb. Bu, komandada və bu alətlə iştirak edən gimnastlar arasında ən birinci nəticədir.