23 aprel 2012
Azərbaycanın Murad Məmmədov - Murad Kərimovdan ibarət kişi cütlüyünün akrobatları Leyk Buena Vistada (ABŞ) keçirilən yaş qruplarının Ümumdünya yarışlarında 6-cı yeri tutub.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilir ki, oğlanlar balans (25.85 bal) və templi (26.2) tapşırıqlarından sonra təsnifatda yeddinci olublar və Florida ştatında beynəlxalq hakimlərə və tamaşaçılara özlərinin qarışıq kombinasiyalarını nümayiş etdirmək hüququ qazanıblar.
Finalda Muradlar 26.4 bal toplayıb ki, bu da onlara təsnifatdakından bir mövqe yuxarı qalxmağa, Polşa və İspaniyadan olan rəqiblərini qabaqlamağa imkan verib. Burada rusiyalı akrobatlar çempion olublar.
Gənclərin dünya çempionatı da adlandırılan bu yarışda ikinci iştirakçıları - Aynur Hüseynova - Nərmin Ramazanova ibarət qadın cütlüyü çoxnövçülükdə 17 duet arasında 11-ci yeri tutublar.
Amerikada gənclərin çempionatı ilə yanaşı, yuxarı yaş qrupundan olan idmançıların mundialı da keçirilib. Orada Afaq Məhərrəmli - Pərizad Quliyeva qadın cütlüyü iştirak edib. Qızlar çoxnövçülükdə 79.201 bal toplayaraq 7-ci yeri tutublar.
Akrobatika üzrə daha bir turnir Volqoqradda başa çatıb. Seymur Cəfərov - Murad Əkbərov kişi cütlüyü Rusiyadakı yarışların qalibi olublar. Lalə Hüseynova - Xoşqədəm Quliyeva qadın dueti isə beşinci yeri tutublar.