İdman

gimnastikadan

başlayır

QADIN CÜTLÜYÜ AKROBATİKA ÜZRƏ DÜNYA ÇEMPİONATINDA 4-CÜ YERİ TUTUB

19 iyul 2010

QADIN CÜTLÜYÜ AKROBATİKA ÜZRƏ DÜNYA ÇEMPİONATINDA 4-CÜ YERİ TUTUB

Polşanın Vroslav şəhərində azərbaycanlı idmançıların iştirakı ilə akrobatika gimnastikası üzrə dünya çempionatı başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, Polşada Ayla Əhmədova - Dilarə Sultanova qadın cütlüyü, eləcə də Rüstəm Nəcəfquliyev - Elçin Məmmədov kişi dueti çıxış edib.

Yarışların sonuncu günü Ayla və Dilarə təsnifat mərhələsində kombinələşmiş hərəkətlə çıxış ediblər. Onlar hakimlərdən 27.959 xal alıblar və ilk iki tapşırıqdan sonra birinci yerdə olsalar da, ilkin mərhələnin yekunları üzrə 84.98 xal nəticə ilə üçüncü yeri tutublar. Altı ən yaxşı duetin iştirak etdiyi finalda isə Əhmədova və Sultanova 27.9 xalla qiymətləndiriliblər və Ukrayna, Belarus və Rusiyadan geri qalaraq 4-cü olublar.

Rüstəm Nəcəfquliyev - Elçin Məmmədova gəldikdə, onlar üç tapşırıqdan sonra 77.613 xal nəticə ilə 11-ci yeri tutublar və finalda iştirak edə bilməyiblər.