İdman

gimnastikadan

başlayır

KİYEVDƏ DÜNYA KUBOKU: BİR “GÜMÜŞ” VƏ İKİ “BÜRÜNC”!

19 avqust 2009

KİYEVDƏ DÜNYA KUBOKU: BİR “GÜMÜŞ” VƏ İKİ “BÜRÜNC”!

Azərbaycanın qrup komandası Kiyevdə keçirilmiş və Yaponiya dünya çemponatı öncəsi sonuncu yarışlardan biri olan Dünya kuboku mərhələsində üç mükafat əldə etmişdir.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, ilk – gümüş medal Azərbaycan idmançıları Vəfa Hüseynova, Ceyla Quliyeva, Valeriya Yeqay, Dina Qorina, Anastasiya Prasolova və Stefani Trayanovanın geyimlərində çoxnövçülüyün nəticələri açıqlandıqdan sonra parlamışdır. Qızlar 50.3 xal yığaraq Belarus idmançılarından geri qalmış və meydan sahiblərini təqribən bir xal qabaqlamışlar.

Medal əhval-ruhiyyəsi Dünya kubokunun son günündə qorunub saxlanmışdır. Həm 5 halqa ilə finalda, həm də 3 lent / 2 iplə finalda qızlar üçüncü nəticə göstərmiş və son hərəkətdə hər zaman güclü olan bolqar idmançılarını qabaqlamışlar.

- Azərbaycan komandası Kiyevdə hamının xoşuna gəlmişdir, deyə yığma komandanın baş məşqçisi Mariana Vasileva qeyd etmişdir. Axı bu yarış dünya çempionatı öncəsi sonuncu yoxlamalardan biri idi. Bəzi səhvlərin olmağına baxmayaraq, mən nəticələrdən razıyam. Bilirsiniz, təlim-məşq toplanışı zamanı günlərin birində bizim zala iki Mariya – keçmişdə məşhur gimnast, hal-hazırda isə Beynəlxalq və Avropa gimnastika təşkilatları Texniki komitələrinin funksionerləri – Giqova və Petrova təşrif buyurmuşdular. Onların sözlərinə görə, “bütün məşqi bir nəfəsdə izləyiblər”.

Fərdi yarışlara gəldikdə isə, Anna Qurbanova ən yaxşı nəticəsini topla finalda göstərmişdir – 6-cı yer. O, ip və lentlə finalda 7-ci, çoxnövçülükdə isə 8-ci olmuşdur. Digər idmançımız Samirə Mustafayeva 27-ci yeri tutmuşdur.

Minsk Yaponiyanın Miye şəhərindəki dünya çempionatından öncə gimnastların son toplanış məntəqəsi olacaqdır. Belarusun paytaxtında 22-23 avqust tarixlərdə ən güclülərin iştirakı ilə Dünya kubokunun daha bir mərhələsi keçiriləcək. Onların arasında Azərbaycanın qrup komandası, eləcə də Aliyə Qarayeva və Zeynəb Cavadlı da var.