İdman

gimnastikadan

başlayır

Xaçmazda bədii gimnastikadan ustad dərsləri

08 iyul 2021

Xaçmazda bədii gimnastikadan ustad dərsləri

Azərbaycan Gimnastika Federasiyası (AGF) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə daha bir bölgəmizdə ustad dərsləri keçirilib.

“Kiçik çempionlar” layihəsi çərçivəsində bu dəfə Xaçmaz rayonunda bədii gimnastika üzrə dərslər təşkil edilib. 6 iyul tarixində baş tutmuş tədbirdə 4-8 yaş arası 50-dən çox uşaq iştirak edib.

Bədii gimnastika üzrə məşqçilər tərəfindən uşaqlara bu növ haqqında bu növdə istifadə olunan alətlər haqqında, eləcə də bədii gimnastlarımız və onların uğurları barədə ətraflı məlumat təqdim edilib, videoçarxlar nümayiş olunub. Ustad dərsləri ilə bağlı Xaçmaz rayonuna səfər etmiş “Ocaq Sport” klubunun gimnastları uşaqlara bədii gimnastikaya aid bəzi hərəkətləri nümayiş etdiriblər.

Gimnastika haqqında ətraflı məlumat əldə etdikdən sonra uşaqlar da alətlərlə tanış olub və müxtəlif elementləri yerinə yetirməyə çalışaraq öz bacarıqlarını yoxlayıblar.

Tədbirin sonunda uşaqlara “Regional İnkişaf” İctimai Birliyi tərəfindən sertifikat, AGF tərəfindən hədiyyə təqdim edilib. Bundan başqa, RİİB tərəfindən Xaçmaz Olimpiya İdman Kompleksində fəaliyyətə başlaması planlaşdırılan bədii gimnastika bölməsi üçün kompleksə xalça hədiyyə edilib.