İdman

gimnastikadan

başlayır

XI Ümumdünya Oyunlarında Azərbaycanın ilk medalını gimnastlarımız qazanıblar 

13 iyul 2022

XI Ümumdünya Oyunlarında Azərbaycanın ilk medalını gimnastlarımız qazanıblar 

İyulun 7-də ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) XI Ümumdünya Oyunlarına start verilib. 103 ölkənin nümayəndələrinin 36 idman növü üzrə iştirak etdiyi multi-idman oyunlarında ölkəmiz gimnastikanın iki növü – bədii gimnastika və aerobika gimnastikası üzrə təmsil olunur. Sevindirici haldır ki, iyulun 12-də mübarizəyə qoşulan Ayxan Əhmədli, Rauf Hacıyev, Nigar Mir Cəlallı, Nəzrin Mustafayeva, Mədinə Musatafayeva, Sənan Mahmudlu, Xədicə Quliyeva və Vladimir Dolmatovdan ibarət Azərbaycanın aerodans komandası bürünc medala sahib çıxıb. Qeyd edək ki, bu, Azərbaycan komandasının XI Ümumdünya Oyunlarında qazandığı ilk medalıdır. 
Bədii gimnastika üzrə yarışda 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova mübarizəyə qoşulub. Gimnastımız halqa ilə hərəkətlərdə final mərhələsinə adlamağı bacarsa da, həlledici mərhələdə 5-ci yerdə qərarlaşıb. Bu gün idmançımız lent və gürzlərlə finalda çıxış edəcək. 
Oyunlarda həmçinin aerobika üzrə Vladimir Dolmatov, Mədinə Musatafayeva, Xədicə Quliyeva, İmran İmranov və Xoşqədəm Quliyevadan ibarət qrup komandamız da qüvvəsini sınayacaq.