İdman

gimnastikadan

başlayır

GƏNC AZƏRBAYCANLI MÜTƏXƏSSİSLƏR BEYNƏLXALQ SERTİFİKATLAR ALIBLAR

22 yanvar 2013

GƏNC AZƏRBAYCANLI MÜTƏXƏSSİSLƏR BEYNƏLXALQ SERTİFİKATLAR ALIBLAR

Beynəlxalq Gimnastika Federasiyası Akademiyasının (FIG) Bakıda məşqçilər üçün keçirdiyi kursların 16 iştirakçıları 1-ci dərəcəli kateqoriya sertifikatları alıblar!

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bildirir ki, ən yüksək nəticəni milli komandanın məşqçilərindən biri Yasena Kuyumciyeva göstərib. Onun aktivində nəzəri və praktiki imtahanların yekunları üzrə 87 faiz var. İkinci göstərici (81 faiz) Bakıdakı yığma komandanın bazasında baş məşqçisinə kömək edən Yevgeniya Jidkovaya məxsusdur. Habelə milli kollektivin bolqar məşqçisinin köməkçisi olan Fatimə Şəfizadə və "Neftçi"də və Kürdəmirdə bədii gimnastika bölməsində işi koordinasiya edən Elnarə Hüseynova (80 faiz) üçüncü yeri bölüşdürüblər.

Seminarın digər 12 məşqçi-iştirakçısı - Vəfa Hüseynova (yığmanın məşqçisi), Jalə Qaratova, Mədinə Həsənova (hər ikisi - yığmanın bazasında), Alla Vlasova ("Neftçi", "Sərhədçi"), Svetlana Babasıyeva (Sumqayıt), İrina Əbdürrəhmanova (Xırdalan), Sevil Məmmədova ("Bakı" PİK), Səbinə Cəlilova (Pespublika Kompleks İdman Məktəbi), Nurcahan Əsgərova ("Neftçi"), Aleksandra Reyş ("Sərhədçi"), Sultanə İbrahimzadə ("Bakı" PİK və İsmayıllı bölməsi) və Teylanə Əliyeva (Bakı Gimnastika Məktəbi) lazım olan 65 faizdən yuxarı toplayıblar.

"Əgər bal cədvəlinə nəzər salsaq, gənc azərbaycanlı məşqçilərin liderlik etdikləri aydın olur”, - kursların rəhbəri, FIG-in kanadalı eksperti Nota Klentru seminara yekun vuraraq deyib. Onun sözlərinə görə, məşqçilərin orta yaşı 20-24 yaş arasıdır. Yəni kursların məqsədinə nail olunub. Onlar ilk növbədə az təcrübəyə malik mütəxəssislərə, bu gün tamamilə məşqçi fəaliyyəti ilə məşğul olmaq istəyən dünənki gimnastlara yönəlmişdi.

Kanadanın nümayəndəsi habelə həftəlik kursların yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkürünü bildirib. O, gələn il Akademiyada həmkarları olan Nadya Aleksandrova (Böyük Britaniya) və Helena Diaşın (Portuqaliya) Bakıda artıq "Level 2" seriyasında növbəti seminar keçirəcəklərini də istisna etməyib.