İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTLARI KİYEVDƏ KEÇİRİLƏN DÜNYA ÇEMPİONATINDA ÇIXIŞ EDİBLƏR

28 avqust 2013

AZƏRBAYCAN GİMNASTLARI KİYEVDƏ KEÇİRİLƏN DÜNYA ÇEMPİONATINDA ÇIXIŞ EDİBLƏR

Bu gün iki növdə medallar öz sahibini tapacaq.

İlk olaraq Azərbaycan gimnastları Lalə Yusifova və Marina Durunda halqa ilə təsnifat mərhələdə çıxış ediblər. Lalə 16.35, Marina isə 17.00 bal toplayıb.

Sonra idmançılar topla çıxış ediblər. Yusifovanın kompozisiyası 14.175 balla qiymətləndirilib. Bu cür aşağı qiymətləndirmə onun çıxışı zamanı aləti itirməsi ilə əlaqələndirir.

Durundanın çıxışı isə 16.833 balla qiymətləndirilib.

İştirakçılar səkkiz yarımqrupa bölünüb və axşam təsnifat mərhələsi yekunlaşdıqdan sonra ən yaxşı səkkizlik öz aralarında mükafat uğrunda mübarizə aparacaq.