29 avqust 2013
Bu gün iki növdə medallar öz sahiblərini tapacaq. Öncə azərbaycanlı gimnastlar Lalə Yusifova və Marina Durunda gürzlərlə olan yarışların seçmə mərhələsində iştirak ediblər. Marina tapşırığa görə 16.666, Lalə isə 16.525 bal toplayaraq səhər sessiyasında müvafiq olaraq üçüncü və dördüncü yerləri tutublar.
Sonra idmançılar lentlə çıxış ediblər. Yusifova hakimlərdən 16.181 bal topladığı halda Durundanın ifası 16.183 balla qiymətləndirilib. Bu qiymətləndirmələr Marinanın ikinci, Lalənin isə dördüncü pillədə qərarlaşmasına imkan verib. Doğrudur, hələ yeddi yarımqrupdan gimnastlar çıxış edəcəklər.
Seçmə mərhələnin yekunlarına əsasən, ən yaxşı səkkizlik öz aralarında mükafat uğrunda mübarizə aparacaqlar. Çoxnövlülük üzrə yarışların seçmə mərhələsində Durunda beşinci, Yusifova isə onuncu pillədə qərarlaşıb.